2017-ci ildə səyahət üçün ən təhlükəli ölkələr – XƏRİTƏ

“International SOS” və “Control Risks” şirkətlərinin analitikləri hər il turistlərin təhlükəsizliyi baxımından dünya ölkələrinin xəritəsini hazırlayırlar.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, sorğuya əsasən, turistlər ən qorxulu problemi terror hücumlarında görürlər (71%). Zika virusuna yoluxma riski səyahətçilərin 49%-ni, vətəndaş müharibəsi - 46%-ni, yol qəzaları və tibbi yardımın aşağı səviyyəsi isə turistlərin cəmi 15%-ni narahat edir.
2017-ci ilə hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İrak, Yəmən, Liviya, Niger, Şimali Koreya, Suriya, Somali, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.
Ukrayna da daxil olmaqla Şərqi Avropada vəziyyət normal qiymətləndirilib (sarı rəng); yeganə qeyri-sabit “ada” - Kosovodur.
Azərbaycan, Rusiya, Keniya, bir sıra Asiya və Cənubi Amerika ölkələri bənövşəyi rənglə qeyd olunub: xəritə tərtibatçılarının fikrincə bu ölkələrdə təhlükəsizlik və səhiyyə xidmətinin səviyyəsi regiondan asılı olaraq dəyişir.
Təhlükəsizlik məsələləri ən yüksək səviyyədə (yaşıl rəng) ABŞ, Kanada, Avstraliya, CAR, Yaponiya və Qərbi Avropada təmin olunub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













