Ötən il Fransa müsəlmanları üçün nə ilə yadda qaldı? - Qəddarlıq - FOTO

Gündəm 5 Dekabr 2022 18:14 Oxunub 1232
Ötən il Fransa müsəlmanları üçün nə ilə yadda qaldı?  - Qəddarlıq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransa barədə danışdıqda ilk olaraq onların məşhur dezizi “azadlıq, bərabərlik, qardaşlıq” yada düşür. Bəs səkkizguşəli ölkədə (xəritədəki formasına görə fransanı belə adlandırırlar) hər şey Respublika prinsipindəki kimidirmi?
Avtosfer.az xəbər verir ki, 1975-ci ildə qəbul edilmiş qanunla Fransada insanların dini baxışlarına, etnik və partiya mənsubiyyətinə görə uçota alınması qadağan edilib. əslində kifayət qədər mütərəqqi qanundur. Bəs bu qanun digər dinlərin nümayəndələrinə, xüsusən də müsəlmanlara qarşı münasibəti dəyişibmi? Təəssüf ki, yox. 

Müxtəlif dövlət qurumları, institutlar və QHT-lərin hesabatlıarına nəzər yetirdikdə məlum olur ki, koronavirus pandemiyası Fransada müsəlmanlara xoş olmayan münasibəti daha da pisləşdirib. Baş ofisi Berlində yerləşən Leopold Veis İnstitutunun statistikasına görə, 2021-ci iıldə Fransada 171 islamofob akt qeydə alınıb. İnstitut burada Fransa Daxili İşlər Nazirliyinə istinad etsə də, rəqəmlərin №reallıqdan qat-qat aşağı göstərildiyini№ deyir. Səbəb sadədir: əksər islamofob aktlar ya qeydə alınmır, ya məxfiləşdirilir, ya da təzyiqə məruz qalan müsəlmanlar qorxudan səsini çıxarmır. 
Lakin elə DİN-in statistikası özü il ərzində islamofob aktların 32% artdığını deməyə kifayət edir. 
Dini baxışlarına görə təqib təkcə insanlarla, fiziki şəxslərlə məhdudlaşmır. İslamofobiya ilə mübarizə aparan təşkilatlar da Makron Fransasının “terrorla mübarizə”sinin qurbanı olub. Bunların başında 2021-ci ildə ləğv edilmiş Fransada İslamofobiya ilə Mübarizə Kollektivi (CCIF) gəlir. Təşkilatın fəaliyyəti bəzi dairələri ciddi narahat edirdi. Çünki onlar ən xırda islamofob aktları belə qeydə alaraq ictimailəşdirir, Avropa təşkilatlarını məlumatlandırırdılar. Bu da təbii ki, “insan hüquqları ölkəsi”nin rəhbərliyinə xoş gəlmirdi. Sadə bir fakt: təşkilat 2021-ci ildə Fransada 384 islamofob aktı rəsmiləşdirib. Başqa sözlə, ölkədə hər gün azı 1 antiislam davranış. 
Statistikaya görə, islamofob davranışların 22%-i birbaşa insanlara qarşı fiziki zorakılıq və təhdidləri ehtiva edir. Yəni, müsəlman kimi geyinən və ya müsəlman olduğunu deyən şəxslər döyülür, təhqir edilir. 
Digər hallarda insanlar işə götürülərkən inanclarına görə seçilir. Bu halla əsasən Afrika əsilli fransızlar üzləşir. Eyni vakansiyaya 2 namizəd olduğu halda əhalisi əsasən xristian olan Afrika ölkəsindən gələn şəxsin iş tapmaq şansı daha yüksəkdir. 
Təhsil sahəsindəki islamofobiya isə Fransanın müstəmləkəçi keçmişinə bağlıdır desək yanılmarıq. Leopold Veis İnstitutunun hesabatına görə, Fransa ali məktəblərində “müstəmləkəçilik və postkolonializm dövrünü araşdıranlara təzyiq göstərilir. Tədqiqatçılar onlara qarşı “əcinnə ovu”na çıxıldığından şikayət edir”. Söhbət dünya reytinqində yer alan universitetlərdən gedir. 
Klassik latın ənənəsinə görə, ölənlər barədə ya heç nə danışmamaq, ya da yaxşı şeylər danışmaq lazımdır. Lakin Fransada islamofobiya məsələsindən danışarkən ölülər barədə də təəssüf ki, yaxşı şeylərdən söhbət aça bilmirik. Ötən il Fransada məscidlərə  və müsəlman qəbirlərinə qarşı azı yüz vandalizm aktı qeydə alınıb. Bu vandalizmə məscidlərə donuz qanı tökülməsi, divarlara svastika çəkilməsi, qəbir daşlarının sındırılması kimi qeyri-humanist aktlar daxildir. 
Nəhayət, işin təzadlı tərəfi, və ya “adımı sənə qoyum, səni yana-yana qoyum”. Fransa Senatının bədnam qətnaməsində “Fransa hökumətindən Azərbaycanın nəzarətində olan ərazilərdəki erməni dini və mədəni irsinin qorunması üçün tədbir görmək” tələb olunur. Görəsən öz ərazisində məscidlərə, sinaqoqlara və hətta kilsələrə (!) qarşı vandalizm aktlarının qarşısını almayan ölkəni nə üçün Azərbaycandakı dini irs narahat edir? 
30 il ərzində Qarabağda alban kilsələrini erməniləşdirənləri kiminsə “görməməsi” təbiidir. Qarabağdakı yeganə pravoslav kilsəsini də Azərbaycan əsgəri deyil, 30 il əvvəl erməni işğalçıları yerlə bir edib. 
Fransa barədə yazdıqlarımızın sadə bir azərbaycanlı üçün təəccüblü gəlməsi qeyri-adi deyil. Çünki başqa dinin dəyərlərinə hücum xalqımız üçün spesifik olmayan xüsusiyyətdir. Bu gün hansısa azərbaycanlının ağlına sinaqoqa gedəni döymək, və ya xristian qəbrini dağıtmaq kimi vandal fikirlər gəlmir. Bakının mərkəzindəki erməni kilsəsi qorunur, Şuşada Azərbaycan ordusunu ləkələmək üçün erməniləri qəsdən dağıtdığı Qazançı kilsəsi əvvəlki görkəminə qayıdır. Bunları isə görmək çoxlarına sərf etmir.

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh