2024-cü ildə aviasiya qəzaları: Neçə nəfər ölüb?

2024-cü ildə dünyada ən çox insan itkisi ilə nəticələnən 10 təyyarə qəzası baş verib.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, faciəvi qəzalardan biri də Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması olub.
Bundan başqa Cənubi Koreya, Braziliya, Nepal, Malavi, Tayland, İran, Kanada, Yaponiya və Sinqapurda da qəzalar baş verib. Hava fəlakətlərində 282 nəfər həyatını itirib.
25 dekabr tarixində Bakıdan Qroznı şəhərinə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer" tipli təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə olan 39 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
29 dekabr tarixində Taylandın Banqkok şəhərindən Seula doğru uçan "Jeju Air" şirkətinə məxsus 7C2216 saylı təyyarə Muan Beynəlxalq Hava Limanına eniş zamanı təkər dayaqları bağlı şəkildə gövdəsi üzərində enərək divara çırpılıb. 4-ü ekipaj üzvü olmaqla 179 nəfər həyatını itirib, 2 kabin işçisi xəstəxanaya yerləşdirilib. Bu hadisə ölkə tarixində ən ölümcül təyyarə qəzası kimi qeyd olunub.
11 avqust tarixində "ATR-72" tipli təyyarə Sao Paulo istiqamətində uçarkən Vinhedo qəsəbəsində qəzaya uğrayıb, 62 nəfər həlak olub. 22 dekabrda isə "Piper PA-42-1000" tipli xüsusi təyyarə Qramado şəhərinin mərkəzindəki mağazaya düşüb. Təyyarədə olan 10 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.
24 iyulda Katmandu-Pokhara marşrutu üzrə uçan "CRJ-200" tipli təyyarə eniş zamanı qəzaya uğrayaraq yanıb. Təyyarədəki 18 nəfər həlak olub, kapitan pilot sağ qalıb.
10 iyun tarixində Malavi vitse-prezidenti Saulos Klaus Çilima və keçmiş birinci ledi Şanil Dzimbirinin də daxil olduğu 9 nəfər hərbi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib.
23 avqustda Banqkok-Trat reysi üzrə uçan "Thai Flying Service Co." şirkətinə aid "Cessna Caravan C208B" tipli təyyarə Banqkokdan 100 kilometr cənubda qəzaya uğrayıb. Təyyarədə olan 9 nəfər həlak olub.
19 mayda İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı daşıyan "Bell 212" tipli helikopter dağlıq ərazidə qəzaya uğrayıb. Helikopterdəki 6 nəfər həlak olub.
23 yanvar tarixində mədən işçilərini daşıyan "Northwestern Air" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 6 nəfər həyatını itirib, 1 nəfər sağ qalıb.
2 yanvar tarixində "Japan Airlines" şirkətinə məxsus təyyarə Haneda Hava Limanında Sahil Mühafizə təyyarəsi ilə toqquşub. Təyyarədəki 379 nəfər xilas edilib, lakin Sahil Mühafizə təyyarəsindəki 6 nəfərdən 5-i həyatını itirib.
21 mayda "Singapore Airlines" şirkətinə məxsus "Boeing 777-300ER" tipli təyyarə Myanma hava sahəsində güclü türbülansa düşüb. 1 nəfər infarkt səbəbindən həyatını itirib, 104 nəfər yaralanıb. Təyyarə Banqkokda fövqəladə eniş edib.
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO











