“22–24 tarixləri həlledici ola bilər" – Polkovnikdən PROQNOZ

ABŞ qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib. Daha sonra isə İran silahlı qüvvələri İslam Respublikasına məxsus gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirdiyini açıqlayıb.
Bəs baş verənlər müharibənin gedişatını daha da alovlandıra bilərmi?
Avtosfer.az-ın məlumatına görə, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov "redaktor.az"a açıqlamasında qeyd etdi ki, ABŞ qüvvələri ilə İran arasında vəziyyət bu həftə daha da gərginləşəcək:
"Ona görə ki, tərəflər ortaq məxrəcə gələ bilmirlər və onların ortaq məxrəcə gəlməsi də qeyri-mümkün görünür. Həm də bir-birinə qarşı çox ciddi ittihamlar səsləndirirlər və Oman körfəzində də İrana məxsus yük gəmisinin Amerika tərəfindən ələ keçirilməsindən sonra vəziyyət bir qədər də gərginləşib. Ayın 22-si, 24-ü arası tərəflər aktiv toqquşma fazasına keçə bilərlər. Artıq onun işartıları görünür və böyük ehtimalla İran İslam Respublikası da öz hərbi gücündən istifadə etməyə başlayacaq. Əlbəttə ki, bu, Amerikanın heç bir halda xoşuna gəlmir".
Həmsöhbətimiz vurğuladı ki, ABŞ hərbi gəmilərinə qarşı dron hücumları Amerika üçün qəbulolunmaz vəziyyət yaradır:
"Ona görə də tərəflər arasında müharibə yenidən alovlana bilər. Bu gün elə bir həssas, kövrək məqamdır ki, istənilən an tərəflər arasında aktiv döyüş əməliyyatları, yəni müharibə alovlana bilər. Biz istəmərik bu olsun, amma təəssüf ki, bu günlərdə hər iki tərəf öz dediyində durur və həm Hörmüz boğazı ilə bağlı, həm də yaxın ətrafda baş verənlər çox ciddi narahatlıq doğurur. Pakistanda növbəti danışıqlar raundu gözlənilsə də, mənə elə gəlir ki, o da hansısa nəticəyə gətirib çıxarmayacaq. Bir sözlə, ABŞ qüvvələri ilə İran İslam Respublikasına məxsus silahlı qüvvələrin, yəni hərbi dəniz qüvvələrinin toqquşması qaçılmaz görünür. Yenə bir müddətdən sonra tərəflər bir-birinə müraciət edəcək, yenə də danışıqlar masasına oturacaq. Nə Amerika öz hədəfinə çata bilir, nə də İran Amerikanın istəklərini reallaşdırır. Ona görə də ABŞ Prezidenti Donald Tramp da səbirsizlik göstərir, güc amilindən istifadə edəcəyini bəyan edir və İranı yer üzündən siləcəyi ilə hədələyir. Təəssüf ki, müharibənin gedişatı yaxın günlərdə yenidən alovlana bilər və bu da əlavə gərginliyə gətirib çıxaracaq".
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












