25 ailənin yaşadığı bina qəzalı vəziyyətdədir: Kanalizasiya suyunun küçəyə axır və s... - VİDEO

Dörd qəsəbənin kanalizasiya suyu Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oktay Əliyev küçəsinə axır. Nəticədə burada gölməçə yaranıb. Gündüzü mazut, gecəsi isə üfunət olan Əmircan qəsəbənin Oktay Əliyev küçəsində 25 ailənin məskunlaşdığı bina qəzalı vəziyyətdədir. Ətrafdakı yüzlərlə fərdi evin kanalizasiya xətti yoxdur. Yaşı iki əsri ötən ikimərtəbəli binanın eyvanı da bu üfunət qoxan mənzərəyə açılır. Gölməçənin əhatəsində neft buruqları var. Ərazi hündürlüyü evlərə bərabər qamışlarla doludur. Sakinlər deyir ki, bu ərazidə rütubətin çoxluğu onlarda müxtəlif xəstəliklərə yol açıb. Suraxanı rayonu, Əmircan qəsəbə ərazisi üzrə icra nümayəndəsi Əlixan Əliyev sakinlərin üzləşdikləri problemlərin həlli istiqamətində addımların atılacağını deyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, 3-cü Mədən küçəsi ərazisində yerləşən gölə bir neçə müddət əvvəl baxış keçirilib. Gölə axıdılan çirkab sularının böyük həcmini "Suraxanı Oil"a məxsus mədən suları təşkil edir. Ərazidə hazırda kanalizasiya şəbəkəsi mövcud olmadığından ətraf ərazilərin tullantı suları da həmin gölə axıdılır. Tədbirlər həyata keçirmək məqsədilə monitorinq qrupu yaradılıb.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










