26 yaşlı gənc avtobus dayanacağında bıçaqlanıb

Gündəm 15 Yanvar 2018 01:41
26 yaşlı gənc avtobus dayanacağında bıçaqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda gənc oğlan avtobus dayanacağında bıçaqlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 1 saylı sərnişin avtobusunun sonuncu dayanacağında baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Nəsirov Şahmar Səbran oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə gənc oğlanın ayaq və qarın nahiyəsinə 3 bıçaq zərbəsi vurulub.  Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxunub : 1072
ŞƏRH YAZ
Ad

E-mail

Şərh