“28 may” metrosu və Dəmiryol vağzalının ətrafında işlər nə yerdədir? - VİDEO

Səkilər sökülüb, bordurlar çıxarılıb...
Söhbət metronun "28 May" stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydandandan gedir. Meydanının əvvəlki görkəmi dəyişəcək, daha işıqlı, ərtaf yaşıllıqlarla dolu olacaq. Binaların fasadı daha müasir və eyni rənglə bəzənəcək. Astalt ortüyü ilə yanaşı, müasir döşəmələrlə əhatə olunacaq. Piyada keçidləri rənglənəcək, yol örtüyü yenilənəcək. Bir aydır hasarlanan meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirildi ki, Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan əsaslı təmir-yenidənqurma işləri bu ilin payızında yekunlaşacaq. Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən abadlıq işləri çərçivəsində sözügedən ərazinin ətrafında asfalt örtüyünün dəyişdirilməsi, velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur.
Həmçinin Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da yaradılacaq.
Daha ətraflı videomaterialda.
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











