“28 May”da dollar alverçilərinə qarşı reyd - İki nəfər tutuldu - VİDEO
Gündəm
22 Sentyabr 2016 22:14

Polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qaçmağa müvəffəq olub
Məlum olduğu kimi, banklarda dollar satışının məhdudlaşdırılması “qara bazar”ın canlanmasına səbəb olub. Ən məşhur qara bazar isə “28 May” metrostansiyasının arxasında fəaliyyət göstərir. Bu ərazidə Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirir. Bu gün də axşam saatlarında “qara bazar”da qeyri-qanuni fəaliyyət göstərən dollar alverçilərinə qarşı reyd keçirilib, onlardan ikisi saxlanılıb. Avtosfer.az xəbər verir ki, Musavat.com-un əməkdaşı əməliyyat anının şahidi olub. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 10 saylı inzibati ərazi şöbəsinin əməkdaşları "qara bazar" alverçilərindən ikisini saxlayıblar və bölməyə aparıblar. Heç bir etiraz etmədən rahat şəkildə polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qaçmağa müvəffəq olub. O, cəld tərpənərək, metro keçidinə düşüb.
Təəccüblüsü isə odur ki, polis əməkdaşları da onu təqib etməyiblər və digər iki alverçini bölməyə aparıblar.
Qeyd edək ki, “qara bazar”ın fəaliyyət göstərməsi qanunla qadağandır.



Oxunub : 2261
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
ŞƏRH YAZ












