"28 May"da tanışını vəhşicəsinə öldürənə cəza kəsildi

Tanışını vəhşicəsinə öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, qətl törətməkdə ittiham olunan 52 yaşlı Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutub.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən E.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi bu il may ayında "Bakı Metropoliteni"nin “28 May” stansiyasının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib.
Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb.
Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.
M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.
E.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə cinayət işi açılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












