29 nömrəli avtobusun istiqaməti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi 29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, bu barədə "qafqazinfo”ya daxil olan məlumata görə, dəyişikliyə əsasən 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi-Cavadxan küçəsi.-H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa "Beynəlxalq Avtovağzal" kompleksinə qədər hərəkət edəcək. Məlumat üçün bildiririk ki, 29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva pr.-20 Yanvar küç.- istiqamətində hərəkət edir ki, həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxətlif markalı (daewoo, otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər. Məlum dəyişiklik 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ("Şamaxinka" adlanan ərazidə) avtonəqliyyat vasitələrininin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi, o cümlədən "Beynəlxalq Avtovağzal" kompleksi və "Avtovağzal" metro stansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib. Qeyd edək ki, 10.06.2017 tarixindən sınaq məqsədi ilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












