3 polisi güllələyib, intihar etdi - Atası dəfninə gəlmədi - FOTOLAR

Bir neçə gün əvvəl Türkiyədə bir vətəndaşın avtovağzalda şəxsiyyət vəsiqəsi soruşan 3 polisi güllələməsiylə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, Şanlıurfa avtovağzalında baş verən hadisədə 17 yaşlı Hüseyin Doğukan Ərdoğan ondan şəxsiyyət vəsiqəsi tələb edən polislərə tapança ilə atəş açıb, daha sonra isə eyni silahla intihar edib. Bu gün isə Hüseyin Doğukan Kayserinin Pınarbaşı rayonunda dəfn edilib. Aznews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polislərin kənardan izlədiyi dəfn mərasimi imamın iştirakı olmadan baş tutub. Hüseyin Doğukan Ərdoğanın ədyala sarılı cənazəsi tabuta qoyulmadan qəbiristanlığa gətirilib. Qəbiristanlıq divarının üstünə qoyulan cənazə üçün az sayda insanın iştirakı ilə namaz qılınıb. Namazda imam iştirak etməyib. Ərdoğanın ədyala bükülmüş cənazəsi kürəkdə daşınaraq torpağa tapşırılıb.

Dəfn mərasimində Hüseyinin anası Servet, bacıları İlayda və İdil iştirak edib. Lakin Hüseyn Doğukan Ərdoğanın atası Hikmət Ərdoğan mərasimə qatılmayıb.
Hüseyn Doğukan Ərdoğanın xalası oğlu bələdiyyənin tabutları gizlətdiyini iddia edib: “Heç bir məscid tabut vermədi. İmam da yox idi. Bizim də polislərimiz üçün ürəyimiz parçalandı. Lakin xalam oğlu psixoloji problemləri olan uşaq idi”.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










