Banner

-30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq xilas edildi - VİDEO

Gündəm 28 Dekabr 2021 18:15 Oxunub 2024
-30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk diyarında -30 dərəcə şaxtada küçədə qalan üç yaşlı uşaq təcili tibbi yardım maşınının sürücüsü tərəfindən xilas edilib.

Məlumata görə, xəstə yanında olan həkimi gözləyən sürücü uzaqda bir uşağına əyilib-qalxdığını görür. Onun əvvəlcə oynadığını zənn etsə də, az sonra uşağın yanında heç kimin olmaması onu şübhələndirir. Yaxınlaşanda isə azyaşlının üzərində demək olar ki, paltar olmadığını görüb, dərhal xəstəxanaya aparır.

Məlum olub ki, uşağın məktəbli olan xalası səhər dərsə gedəndə qapını möhkəm örtməyib. Atasının yanında yata uşaq isə nəzarətsizlikdən istifadə edib çölə çıxıb.

Balacanın anası isə həmin vaxt öz valideynlərinin evində olub.

Həkimlər oğlana ümumi hipotermiya və hər iki ayağında donma diaqnozu qoyublar.

Artıq uşaq xəstəxanadan buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh