30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir? - RƏSMİ AÇIQLAMA

Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib. SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Metbuat.az"a cavab verib.
O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 58-ci maddəsinin "b" bəndinə əsasən "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO










