300 aviareys təxirə salınır

Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, tətil əsasən ölkənin cənubunda və qərbindəki hava limanlarına təsir edəcək. Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınır. “Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanlarının uçuşları təxirə salacağı bildirilib. Tətil martın 10-da başa çatdırılacaq. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir. Qeyd edək ki, Fransanın Brest, Bordo və Eks-an-Provans hava limanlarının əməkdaşları tətil elan ediblər. Onlar iş saatlarının azaldılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












