300 dən çox TIR sürücüsü gömrükdə icazə vərəqəsini niyə ala bilmir? - VİDEO

Ölkələrarası yük daşıyan 300-dən çox sürücü icazə sənədi ala bilmədiyini bildirir.
Avtosfer.az xəbər verir ki, yükdaşıma ilə məşğul olan sürücülər son 6 ay ərzində problemlə üzləşdiklərini iddia edirlər. Dediklərinə görə, müvafiq blankı almaq üçün aidiyyəti qurumlara müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.
Meyvə-tərəvəz gətirərək digər qonşu ölkələrə yük daşıyan sürücülər günlərdir Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük terminalında gözlədiklərini deyirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda 3-cü ölkə icazə blanklarının Rusiya tərəfindən verilməsi üçün bu ölkənin Nəqliyyat Nazirliyi ilə danışıqlar davam edir.
Qurumdan o da bildirildi ki, blankların Rusiyadan Azərbaycana gətirilərək daşıyıcılara verilməsi təmin ediləcək və bu barədə daşıyıcılara öncədən məlumat veriləcək.
Ətraflı videomaterialda.
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat










