300 milyon uşaq son dərəcə çirklənmiş hava ilə nəfəs alır - Dünyada

Dünyada təqribən 300 milyon uşaq (Hər yeddi uşaqdan biri) havanın çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu regionlarda yaşayır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi BMT-nin Uşaq Fondunun (UNİSEF) rəsmi saytında məlumat yerləşdirilib.
"Bu gün bütün dünya üzrə 300 milyon uşaq havanın zəhərli maddələrlə çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu zonalarda yaşayır. Təqribən 2 milyard uşaq havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş havanın minimal keyfiyyət standartlarına cavab verməyən ərazilərdə yaşayır", - deyə saytda YUNİSEF-in icraçı direktoru Entoni Leykanın sözləri sitat gətirilir.
Bununla yanaşı, o qeyd edib ki, bu məlumatlarda öz evlərində çirkləndirilmiş hava ilə nəfəs alan milyonlarla uşaq nəzərə alınmayıb.
Entoni Leyka bildirib ki, havanın çirkləndirilməsi hər il yaşı 5-dən aşağı olan 600 min uşağın ölümünə səbəb olan mühüm amildir.
Təşkilatın məlumatına görə, çirkləndirilmiş havadan əziyyət çəkən uşaqların böyük hissəsi Cənubi Asiya və Afrika ölkələrində yaşayır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












