32 yaşlı kişi özünü körpüdən atıb - Şəkidə

Şəkidə 32 yaşlı kişi intihar etmək məqsədi ilə özünü körpüdən atıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gecə saat 02.00 radələrində rayonun Qoxmuq kənd sakini, 1985-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Daşdəmirov idarə etdiyi minik avtomobili ilə Kiş çayı üzərində inşa edilən simvolik “Qoxmuq” körpüsünə gəlib. O, avtomobildən düşərək intihar etmək məqsədi ilə özünü körpüdən atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xəyyam Daşdəmirov Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dan verilən məlumata görə, Xəyyam Daşdəmirova döş qəfəsi və qarnının küt travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda CM 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, simvolik Qoxmuq körpüsü Şəki şəhəri ilə Qoxmuq kəndini birləşdirir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












