4 330 qram civəni satmaq istəyən şəxs saxlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin əməkdaşları güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən daha bir şəxsi aşkar ediblər. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Baş İdarənin Əməliyyat İdarəsinin əməkdaşları əvvəlcədən daxil olan məlumat əsasında əməliyyat keçiriblər. Əməliyyat nəticəsində, Bakı-Qazax avtomagistral yolunun 245-ci kilometrliyində, Kürdəmir rayonu ərazisindəki restoranlardan birinin qarşısında Azərbaycan vətəndaşı Elbariz Rəfayıl oğlu Tağıyev ümumi çəkisi 4 330 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb. Faktla bağlı DGK-nin İstintaq İdarəsində CM-nin 240.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə Azərbaycan vətəndaşı E.Tağıyev şübhəli şəxs qismində tutulub, CM-nin 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub. Hazırda cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, gömrük əməkdaşları tərəfindən bundan öncə iki fakt üzrə ümumi çəkisi 9 894,5 qram olan civəni satmaq istəyən şəxslər də aşkar edilərək saxlanılıblar.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












