41 mindən çox siqaret aşkar edib - Azərbaycan gömrükçüləri

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə, aksiz markası ilə markalanmayan, ümumilikdə 41 200 ədəd siqaret aşkar edib. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə tütün məmulatlarının qanunsuz yolla Bakı şəhərinə gətirilməsi barədə daxil olmuş məlumatlara əsasən, Naxçıvan-Bakı aviareysilə ayrı-ayrı vaxtlarda gələn üç Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxslər gömrük əməkdaşları tərəfindən saxlanılaraq onlara məxsus yüklər yoxlanılıb. Yoxlama zamanı, sözügedən vətəndaşlardan ümumilikdə 3 600 ədəd “Marlboro Filter Plus”, 8 800 ədəd “Parliament Super Slims”, 10 000 ədəd “Kent Nanotek 2.0” və 12 400 ədəd “Parliament Aqua Blue” markalı siqaretlər aşkar olunub.
Eyni məlumat əsasında, daha bir Azərbaycan vətəndaşı isə sərnişinləri qarşılayarkən nəzarətə götürülüb. Həmin şəxs Naxçıvan-Bakı aviareysilə gələn sərnişinlərdən malları qəbul edib hava limanının dayanacağındakı taksi avtomobilinə yığarkən, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı, avtomobilin yük yerindəki iki ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 6 400 ədəd “Parliament Aqua Blue” markalı siqaret aşkar olunub.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO












