413 piyada keçidi normalara uyğun quraşdırılmayıb - Bakıda

Bakıda 413 piyada keçidi normalara uyğun quraşdırılmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Agentlik tərəfindən paytaxtda yerləşən piyada keçidləri araşdırılıb:
"Ümumilikdə 413 piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib. Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan işıqforla nizamlanması haqqında təklif aidiyyəti üzrə göndərilib. Bundan əlavə, yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflər hazırlanaraq Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












