44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - VİDEO

Tanınmış erməni bloger Roman Baqdasaryanın 44 günlük müharibədən paylaşdığı görüntülər Ermənistanda rezonans doğurub.
Avtosfer.az "Globalinfo"yaa istinadla xəbər verir ki, Baqdasaryan müharibə zamanı erməni komandirlərin əsgərlərinin pronjiletlərini qəsdən yandırdığını bildirib.
Bloger Ermənistan ordusunun əsgərlərinin qəsdən ön cəbhəyə göndərildiyini və həlak olanların sayının çox olmasına çalışıldığını söyləyib. Məlumata görə, separatçıların “generalları” və “zabitləri” 13 mindən çox pronjilet yandırıblar.
Baqdasaryanın sözlərinə görə, separatçılar müharibə müddətində tez-tez əsgərlər üçün pronjiletlərə ehtiyac olduğuna dair çağırışlar ediblər. Hətta Rusiyadakı erməni təşkilatları bu tələbatı qarşılamaq üçün külli miqdarda pul göndəriblər. Lakin separatçılar bütün pulları mənimsəyiblər.
Bloger yayımlanan görüntülərin Əsgəranda çəkildiyini deyib. Məlumata görə, Ermənistan ordusunun xüsusi təyinatlıları ərazidə separatçılar üçün nəzərdə tutalan pronjiletlərin yandırıldığını aşkarlayıblar. Hətta bu məsələnin yoxlanılması üçün Qarabağa göndərilən müfəttişlərə sui-qəsdə cəhd edildiyi, onların möcüzəvi şəkildə sağ qaldıqları bildirilir.
Bloger Qarabağda öldürülən 3 min erməninin 40%-nin daxildəki qüvvələr tərəfindən qətlə yetirildiyini iddia edib.
Qeyd edək ki, 44 günlük müharibədə erməni tərəfi ümumilikdə 10 minə yaxın itki verib.
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım
Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI
Vaşinqtondakı hücumla bağlı araşdırmanın nəticələri Dövlət Departamentinə göndərilib
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq









