50 maşın buzlu yolda qaldı

Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, qar şimal-qərb bölgəsində, xüsusilə dağlıq rayonlarda bir çox problemlərə yol açıb. Yolların buzlu olması qəza hadisələrini də qaçılmaz edib.
Dünən axşam saatlarında Şamaxıda yolların buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti ifilic olub. Şaxtalı hava sürücülərə çətin anlar yaşadıb.
Yollarda vəziyyət nəzarətdə saxlanılsa da 50-yə yaxın avtomobil hərəkətsiz qalıb. Yolların sürüşkən olması təhlükəni qaçılmaz edib, bir neçə yüngül qəza hadisələri qeydə alınıb.
Nəqliyyat vasitələri və piyadaların rahat hərəkətini təmin etmək məqsədilə yollar qardan təmizlənsə də, axşama yaxın temperaturun xeyli aşağı düşməsi fəsadlara yol açıb. Enişli-yoxuşlu yollar sürücülərin kabusuna çevrilib. Bəzi avtomobilər geri qayıtmaq məcburiyətində qalıb.
Əvvəlcədən ehtiyat tədbirləri görən sürücülərə isə buzlu yollarda hərəkət etmək elə də çətin olmayıb.
Belə halların təkrar yaşanmaması üçün təxirəsalınmaz tədbirlər görülüb. Kommunal Təsərrüfat Birliyi gücləndirlmiş iş rejiminə keçib. Qarın təmizlənməsi üçün əraziyə texnika cəlb olunub.
Yollara qum və duz qarışığı tökülüb. Şəhərdaxili yollar gecə saatlarında işlək vəziyyətə gətirilib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












