5054 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulat götürülüb - RƏSMİ

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də, yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Abşeron, Nərimanov, Xəzər və Suraxanı rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ümumilikdə 5054 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










