52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
Avtosfer.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək.
İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək










