52 nəfərin ölümü ilə nəticələnən avtobusun yanmasının səbəbi açıqlanıb

Qazaxıstanın Aktyubinsk vilayətində 52 nəfərin ölümü ilə nəticələnən avtobusun yanması ilə bağlı hadisə salonda açıq yanacaq mənbəyindən istifadə olunma səbəbilə baş verə bilər, kriminal xarakterli və yol qəzası kimi versiyalar tamamilə istisna edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda həmçinin hadisə yerində faciənin başvermə səbəblərinin araşdırılması üçün istintaq-əməliyyat qrupunun və yanğın laboratoriyasının əməkdaşlarının işlədiyi bildirilib. Xatırladaq ki, yanvarın 18-də səhər saatlarında Qazaxıstanın Aktyubinsk vilayətində Samara-Şımkənd yolunda içərisində iki sürücü də daxil olmaqla 57 nəfərin olduğu avtobus yanıb. Hadisə zamanı yalnız 5 nəfər yüngül yanıq xəsarətləri almaqla xilas ola bilib, digər 52 nəfər yanaraq ölüb. Ötən gün məsələ ilə bağlı Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyi bəyanat yayaraq 1989-cu ilin istehsalı olan və 59 nəfərlik "Kassbohrer Setra X 335 PCM" avtobusunun Orduxan Mehdiyev Sabir oğluna məxsus olduğunu bildirib. Məlumata görə, avtobus müntəzəm marşrutlar arasında yoxdur, həmçinin qeyri-müntəzəm sərnişin nəqliyyat üçün də lisenziya almayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












