56 il əvvəl tikilən körpü təhlükə mənbəyinə çevrilib - FOTO

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən dəmiryolu körpüsü uçulub dağılır. Üzərindən qatar relsləri keçən körpünün bəzi hissələrində çatlar əmələ gəlib. Körpünün altından avtomobil və piyadaların keçdiyi yola tez-tez qum və daş parçaları tökülür. Avtosfer.az xəbər verir ki, bunu virtualaz.org-a həmin ərazidə yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, artıq illərdir ki, körpü təmir olunmur: "Bu körpü 60 ilə yaxındır ki, tikilib. O vaxt necə tikilib istifadəyə verilibsə, həmin vaxtdan təmir üzü görməyib. Aşağıdan keçib getməyə qorxuruq, daş qırıntıları, qum başımıza tökülür", - deyə Binəqədi sakini Abuzər Veysəlov deyir. Sakinlərin sözlərinə görə, körpüdən Bakının bütün yük və sərnişin qatarları keçir. Strateji obyekt olsa da, vaxtlı-vaxtında təmir edilmir: "Bütün qatarlar - həm yük, həm də sərnişin qatarları buradan keçir. Təzə açılan Bakı-Sumqayıt sürət qatarının da yolu buradandır. Amma təmir edən yoxdur, bir gün başımıza uçacaq", - deyə şikayətçilər bildirir. Xatırladaq ki, dəmiryol körpüsü 1961-ci ildə tikilərək istifadəyə verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















