59 nömrəli məktəbdəki hadisənin araşdırılmasına dair tapşırıq verilib - RƏSMİ

Paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar yolverilməzdir. Ümumi təhsil məktəblərində müəllim-şagird münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi önəm verilir, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi, müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır.
Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin qorunması, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması, uşaqların psixoloji dayanıqlılığının artırılması, müəllim-şagird və məktəb-valideyn münasibətlərinin tənzimlənməsi təhsil müəssisələri rəhbərlərinin qarşısında duran əsas vəzifələrdəndir. (apa)
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı










