6 mağazanı yarıb: avtomobil oğurlayan dəstəni 7 il həbs gözləyir - VİDEO

Şəmkirdə maşın oğrusu tutulub. Avtosfer.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, yanvarın 31-i saat 23:00 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsindən avtomobil qaçırılıb. Naməlum şəxs qəsəbə sakini Mehdi Tağıyevin "VAZ 21011" markalı avtomobilini yaşadığı evin qarşısından oğurlayıb. Mehdi Tağıyev - zərərçəkən şəxs: “Axşam saat 23:00 radələrində evimin qarşısında maşını saxladım. Səhər 8:00-da qalxdım ki, maşınım oğurlanıb. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Şəmkir polisindən gəldilər”.
Şəmkir polisi maşın oğrusunun kimliyini müəyyən etməyə o qədər də vaxt sərf etməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Mehdi Tağıyevin həmkəndlisi 23 yaşlı Əli Yusifov tərəfindən oğurlandığı məlum olub. O və avtomobilin yeri müəyyən edilərək istintaqa təhvil verilib.
İstintaq Əli Yusifovun digər oğurluq cinayətini də ortaya çıxarıb. 23 yaşlı gənc mağazalara da qənim kəsilib. Ona bu işdə bir müddət əvvəl Goranboyda saxlanılan həmyerlisi Arzu Əsgərov və Bakı sakini Ağasif Baxışov kömək olub. Marketlərdən xeyli miqdarda nəğd pul, tütün məmulatları, spirtli içkilər və müxtəlif danışıq kartları oğurlayanlar Gəncədə bir müddət kirayənişin yaşamaqla əməllicə kef çəkiblər.
Əli Yusifov - saxlanılan şəxs: “Kür qəsəbəsində 1, Tovuzda 1, Goranboyda 1, Şəmkirin özündə 3-4 mağazaya girmişik. Pul, siqaret və kontur götürmüşük. Ayrı heç nə götürməmişik”.
Hazırda Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Əli Yusifov və onun cinayət ortaqlarının əməlindən zərərçəkənlərin sayı müəyyənləşdirilir. Günahları tam sübuta yetirilərsə, dəstə üzvlərini ən azı 7 il dəmir barmaqlıqlar arxası gözləyir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












