6 tələbənin ölümü ilə bağlı məhkəmə başladı - Vəkil dustağı tanımadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Ötən iclasda N.Həsənovun vəkili olmadığı üçün proses təxirə salınmışdı. Bugünkü iclasda N.Həsənovun müdafiəsinə vəkil Şirin Atayev qoşulub. O, dövlət tərəfindən təyin edilib. Mərhum tələbələrin valideynləri vəkilə etiraz edib və N.Hüseynovu nəzərdə tutaraq elə bir şəxsi müdafiə etməməsini istəyiblər. Ş.Atayev valideynlərdən hadisə haqda soruşub və təqsirləndirilən şəxsi tanımadığı bəlli olub: "Bu hansı qəzadı? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdı?".
Valideynlər bunu təsdiqləyəndən sonra hakim bildirib ki, vəkilə etiraz qanunun tələblərinə uyğun olmalıdır. Bundan sonra valideynlərdən biri çıxış edərək vəfat edən 6 tələbənin dəfn və yas xərclərinə görə N.Həsənova qarşı mülki iddia qaldırmaq istədiklərini deyiblər. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses iyunun 29-da davam etdiriləcək.
İclas başa çatdıqdan sonra valideynlər sürücü N.Həsənovu təhdid ediblər: "Əgər 3 uşağının yaşamağını istəyirsənsə, uşaqların il mərasiminə qədər türmədə özünü öldür. Yoxsa, biz sənin uşaqlarını öldürəcəyik".
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Həsənovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










