62 dərəcə şaxta qeydə alınıb - Rusiyada

Rusiyanın Xantı-Mansiysk bölgəsində 62 dərəcə şaxta qeydə alınıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə regionun ictimai və xarici əlaqələr departamentinin rəhbəri Yelena Şumakova bildirib.
Onun sözlərinə görə, rekord temperatur neft mədənlərinin yerləşdiyi Bolşoy Olxovsk adlanan ərazidə qeydə alınıb: "Dünən Kazım Beloyarski qəsəbəsində mənfi 58 dərəcə temperatur olub. Bu gün isə havanın temperaturu -62 dərəcəyədək enib".
Şaxta səbəbindən regionun məktəblərində dərslər dayandırılıb. Anomal hava şəraiti səbəbindən yerli hava limanlarında reyslər gecikmələrlə həyata keçirilir.
Departament rəhbəri cümə gününə qədər şaxtalı havanın davam edəcəyini qeyd edib.
Qeyd edək ki, Xantı-Mansiysk muxtar bölgəsi Tümen vilayətinin tərkibinə daxildir. Bu bölgə iqtisadi cəhətdən Rusiya iqtisadiyyatının donoru rolunu oynayır. Çünki əsas neft yataqları məhz bu regionda yerləşir. Belə ki, Yuqrada Rusiya neftinin 60 faizi hasil olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












