63 saylı avtobus niyə xətdən çıxarılmadı? – FOTO

63 saylı marşrut xəttinin fəaliyyətinin bu gündən etibarən dayandırılacağı deyilsə də, amma bu gün yenə də 63 nömrəli avtobusların da işlədiyini gördük.
Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamovun anspress-ə verdiyi məlumata görə, bu gün tək 3 nömrəli deyil, 63 nömrəli avtobus da xəttə buraxılıb. "Bu gün səhər saatlarından 63 nömrəli marşrutun işləməsindən xəbərimiz var. Sərnişinlərin adaptasiyasını nəzərə alaraq, həmin avtobusun birdən-birə xətdən yığışdırılmaması qərara alındı. Amma yaxın zamanda həmin avtobus tamamilə xətdən çıxarılacaq", - deyə qurum rəsmisi bildirdi.
Rauf Mirqulamov BakuBus MMC-yə məxsus yeni 3 nömrəli avtobusun hərəkətində yaranmış çətinliyə də toxunaraq qeyd etdi ki, həmin avtobusların bəzi dar küçələrdən dönə bilməməsi həmin ərazilərdə gedən təmir-tikinti işləri ilə bağlıdır. "Tikinti işlərinə görə həmin ərazilər ensiz olub. Elə 63 nömrəli avtobus da həmin ərazilərdən keçərkən çətinlik çəkirdi".
Rauf Mirqulamov hazırda NİİM-nin müxtəlif yerlərdə dayanacaq yerləri müəyyənləşdirdiyini də dedi. Onun sözlərinə görə, Bakı şəhəri üzrə təkmilləşdirmə işlərinin nəticəsi olaraq, bütün lazımlı ərazilərdə dayanacaq quraşdırılacaq.
Ötən gün NİİM-dən verilən məlumata görə, son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun 2 piyadanı vurması nəticəsində 1 piyada vəfat edib.
Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən xəttin fəaliyyətini aprelin birindən etibarən dayandırmalı idi.
Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib. Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti 1 aprel 2016-cı il tarixindən etibarən "Şəhidlər Xiyabanı" - Badamdar şosesi - Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
İlham Əliyevin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı VİDEO PAYLAŞILDI
Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTOLAR
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI










