65 dollara ABŞ-a uçuşlar

Norveçin Norwegian Air Shuttle ASA avia şirkəti yeni tariflər təqdim edib. İyulun ortasından başlayaraq şirkət 65 dollara birtərəfli transatlantik reyslər təşkil edir. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, bu qiymətə New-York və California aeroportlarından Böyük Britaniyanın və İrlandiyanın bir neçə istiqamətində uçmaq olar. Bu reysdə ən ucuz biletin qiyməti 65 dollardır. Standart biletin qiyməti isə 99 dollar təşkil edir. Hazırda Dublindən New-York-a transatlantik reysin qiyməti 655 dollardan 2755 dollara qədər dəyişir. "Mən özümə lazım olanı ödəyirəm, siz isə özünüzə lazım olanı. Biz təyyarənin digər sərnişinlərə lazım olanı ödəmirik ", - deyə şirkətin rəsmi nümayəndəsi Anders Lindstream tarifi belə reklam edib. Lakin o, nəyin sayəsində qiymətlərin aşağı salınmasına açıqlama verməyib.
Norwegian Air Shuttle ASA şirkətinin fəaliiyəti artıq neşə ildir ki, ABŞ şirkətləri tərəfindən etirazla qarşılanır. Norveç şirkəti dempinqdə (biletləri ucuz satmaqda) ittiham olunur.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












