65 yaşlı qadını öldürən sürücünün məhkəməsi yekunlaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. T.Tomarov özünü təqsirli saydığını deyib. Prosesdə şahidlər ifadə verdikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub. Qeyd edək ki, Şamaxı rayonunun Çuxuryurd kəndində rayon sakini T.Tomarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini, 1951-ci il təvəllüdlü Şövkət Seyfəddin qızı İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra T.Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












