67 yaşında evlənən generalla bağlı gerçəklər ortaya çıxdı – AÇIQLAMA

Hazırda təqaüddə olan polis general-mayoru Nazim Əliyevin özünə dəbdəbəli toy etməsi ictimaiyyətdə ciddi rezonans doğurub. Özündən 35 yaş kiçik xanımla ailə quran generalla bağlı fikirlər də birmənalı deyil. Kimisi yaşını vurğulayaraq onu qınayır, kimisi isə evliliyin şəxsi məsələ olduğunu, istənilən yaşda ailə qurmağın mümkünlüyünü qeyd edib.
Bu yaşda evlənmək mənəvi, əxlaqi baxımdan yolverilməzdir? Belə yanaşma insan azadlığına, seçim haqqına qarışmaqdır?
Sosioloq Yusif Nəbiyev deyib ki, bu cür reaksiyalar əslində, cəmiyyətin yaşa dair yazılmamış qaydalarını ortaya çıxarır:
“Azərbaycanda yaş artdıqca insanın şəxsi həyatının ictimai nəzarətə keçməsi normal sayılır. Cəmiyyətimizin yaşlılar üçün biçdiyi bir normativ rol var və buna uyğun da gözləntiləri mövcuddur. Yəni cəmiyyət hər yaş dövrü üçün “uyğun davranış paketi” müəyyən edir və ondan kənara çıxanı dərhal əxlaqi mühakiməyə məruz qoyur. Buna yaşlılar da aiddir. Mənəvi və əxlaqi baxımdan bu yaşda evliliyi “yolverilməz” saymaq, faktiki olaraq insanın şəxsi seçim haqqını ləğv etmək deməkdir. İntim münasibətin ən etik, sosial yöndən məqbul və ən əsası leqal forması evlilik olsa da, təəssüf ki, bir çox insan bu barədə rəy vermək, onu tənqid etmək haqqına sahib olduğunu düşünür. Sanki evlilik fərdi qərar yox, ictimai bir tamaşadır. Toy oldusa, hamı mütləq, hansısa formada fikir bildirməlidir. Bu artıq sağlam tənqid yox, icbari ictimai nəzarət formasıdır”.
Sosioloq bildirib ki, fiziki və tibbi baxımdan yaşlılıq mütləq risk demək deyil:
“Bu, fərdi sağlamlıq göstəricilərindən asılıdır. Amma paradoksal məqam budur ki, cəmiyyət tibbi riskləri düşünməkdən çox estetik narahatlıq yaşayır. Əksəriyyət “Bu yaşda toy olar?” deyərək sözügedən şəxsi sorğulayır. Əsas narahatlıq tibbi məqamlar olsaydı, cəmiyyətimizdə qohum evliliyi bu qədər geniş yayılmazdı. Yəni bizdə problem sağlamlıq yox, görüntüdür. Müzakirələr də evliliyin keyfiyyəti yox, yaşın ictimai baxımdan uyğun olub-olmaması üzərində qurulur. Bu da öz növbəsində azad seçim anlayışı ilə açıq şəkildə ziddiyyət təşkil edir”./global.info
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












