7 min manatlıq quldurluğa görə taksi sürücüsünə 1750 manat veriblər

7 min manatlıq quldurluq etməkdə təqsirləndirilən şəxslərə ağır cəza istənilib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror S.Cəfərovla R.Azadovun 11 il, digər iki nəfərin isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, təqdirləndirilən şəxslər Bakı şəhər sakini Pərvin Əliyevə qarşı qulduruluqda ittiham edilirlər. Belə ki, P.Əliyev “102” Zəng Mərkəzinə müraciət edərək bu il yanvarın 14-də gecə saatlarında işdən evə gedən zaman naməlum şəxslərin ona hücum etdiyini və fiziki zor tətbiq etdikdən sonra cibində olan 7000 manat pulu ələ keçirdiklərini bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində P.Əliyevə qarşı quldurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakinləri T.Ağahüseynov, S.Cəfərov, N.Aydınov və əvvəllər məhkum olunmuş R.Azadov tutulublar. Rəsmi məlumatda yazılır ki, dəstə üzvləri hadisə yerinə S.Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat pul veriblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












