7 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları: “Gəlinlik əvəzinə kəfən geyindi...”

İsmayıllı rayonunun Topçu kəndində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi təfərrüatları məlum olub. Qax rayonun Qıpçaq kənd sakinlərinin Aznews.az-a verdiyi məlumata görə, qəzada dünyalarını dəyişən hər iki ailənin üzvləri Bakıya müayinə olunmaq üçün gedib: “Gediblər həkimə, müayinə olunub qayıdırlarmış. Əslində bu iki ailə yaxın qonşu, həm də uzaq qohumdurlar. Bakıya ayrı-ayrı gedib, rayona bir yerdə qayıdırlarmış. Onların arasında olan Yaşar Kərimovun qızı Kərimli Rufanənin oktyabrın 10-u toyu olacaqdı. Qızın cehizlərini sifariş etmişdilər. İndi bilmirəm o cehizlər necə olacaq. Toy yasa döndü, yazıq qız gəlinlik əvəzinə kəfən geyindi”.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qəza toqquşma nəticəsində baş verməyib. "Toyota" "Opel"i düz yolda ortadan vurub. Zərbə güclü olduğundan avtomobil yoldan çıxaraq aşıb. Qəzada həlak olanlardan biri sürücünün bacanağı, ikisi isə onun övladları olub. Digər üç nəfər isə sürücünün qonşusu və onun iki azyaşlı övladıdır.
Qeyd edək ki, İsmayıllı rayonunun Topçu kəndində 7 nəfərin ölümü ilə nəticələn dəhşətli yol qəzası baş verib. Ölənlər Qax və Şəki sakinləridir. Bir ailədən ata iki qızı ilə, digər ailənin isə başçısı və iki oğlu həlak olub. 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu,1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri, 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu və Şəki sakini Rahim Abbasov aldıqları xəsarətdən hadisə yerində ölüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












