700 bal toplayan şəhidimiz dəfn olundu – FOTO-VİDEO

Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri Orucov Müşfiq Arif oğlu dəfn olunub. Ötən gecə yaşadığı ünvana gətirilən şəhidin cənazəsi bu gün Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Xətai və Zəngilan Rayon İcra hakimiyyətlərinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin, Təhsil Nazirliynin nümayəndələri də iştirak edib.
Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib. Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub. Sonra 3 dəfə yaylım atəşi açılıb.
1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
























