700 bal yığanların üçü də buna ikinci cəhddən nail olub

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. Avtosfer.az xəbər verir ki, Modern.az I və IV ixtisas üzrə keçirilən imtahanda 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayaraq, onların təəssüratlarını öyrənib.
Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova də birinci imtahanda yüksək nəticə göstərib, amma 700 bala ikinci imtahanda nail olub: “Birinci imtahanda 695 bal toplamışdım. Amma hədəfim 700 bal idi. Ona görə də ikinci imtahana qatılmalı oldum. Hələ ki hansı universitetdə təhsil alacağımı müəyyənləşdirməmişəm. İxtisasa gəlincə, ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisası üzrə təhsil almaq istəyirəm”.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin Ziya Müslümov deyir ki, birinci imtahanda yaxşı nəticə göstərsə də, bununla kifayətlənməyib: “Birinci imtahanda 675 bal toplamışdım. Amma bu balla kifayətlənmədim. Ona görə də ikinci imtahana qatıldım. Fərdi müəllim yanına getməmişəm. Orta məktəbdə hazırlaşmışam. Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirəcəm. Gələcəkdə isə xaricdə oxumaq istəyərəm”.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Qabil Əliyev 700 bal toplamaqdan çox məmnun olduğunu vurğulayıb:
“Birinci imtahanda 680 bal toplamışdım. Amma fikirləşdim ki, əgər 700 bal toplaya bilərəmsə, niyə də olmasın. Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirəm. İxtisasa gəlincə, ya ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisasını seçəcəm”.
Qeyd edək ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB










