8 nəfərin öldüyü helikopter qəzasını görən şahid danışdı

Türkiyənin Giresun vilayətində hərbi helikopterin qəzaya uğraması ilə bağlı şahidlərdən biri danışıb. Avtosfer.az axar.az-a istinadən bildirir ki, NTV televiziyasının canlı yayımında danışan Gültəkin Qaraca qəzadan sonra baş verənləri belə izah edib: "Böyük ehtimalla qatı dumanın olması qəzaya səbəb oldu. Böyük bir gurultu qopdu. Dərhal 112 və 155-ə zəng etdik. Helikopterin qəzaya uğradığı yerə avtomobillə getmək mümkünsüz idi. Hadisə yerinə çatan kimi yaralıları və helikopterin hissələrini dağdan yola endirdik. Öz avtomobilimizlə 9 yaralını daşıdıq, sonra onları təcili tibbi yardım maşınlarına təhvil verdik. Bölgə sıx meşə sahəsidir. Yaralılardan bir xanımın vəfat etdiyini gördüm".
Qeyd edək ki, bu gün Giresun vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 10 hərbçinin həlak olduğu, 20 vətəndaşın isə yaralanması ilə bağlı qeyri-rəsmi məlumat yayılıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












