90 təcili yardım briqadası ayrılıb - VİDEO

İslam Həmrəyliyi Oyunları üçün 90 təcili yardım briqadası ayrılıb. Mayın 12-dən 22-dək paytaxtda keçiriləcək İslam Həmrəyliyi Oyunları zamanı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyasının baş həkim müavini Murad Mirzəzadənin sözlərinə görə, oyunlar zamanı da adi günlərdə olduğu kimi gün ərzində 138 təcili yardım briqadası əhaliyə xidmət göstərəcək. Beynəlxalq tədbir zamanı tibbi yardımın təşkili üçün isə əlavə 90 briqada ayrılıb. Sanitar avtomobillər müasir avadanlıqlarla, dərman preparatları, yeni tibbi ləvazimatlarla təmin edilib, hansısa qəza hadisəsi zamanı yerində tibbi müayinənin keçirilməsi üçün rentgen avadanlıq, laborator müayinələr hazır vəziyyətə gətirilib. Həkim və orta tibb işçiləri isə reanimasion tədbirləri həyata keçirmək üçün yenidən kurslardan keçirilib. Biraqadaların tərkibindəki bütün tibb işçiləri ən azı 2 xarici dil bilir.
Oyunlar zamanı təcili yardım briqadalarının xidmət göstərəcəyi obyektlər də siyahı üzrə müəyyənləşdirilib.
103 xidmətində də ingilis və fransız dilini bilən xüsusi həkimlər saxlanılacaq ki, xarici vətəndaşlar da təcili yardıma müraciət edə bilsinlər.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










