92 markalı benzin bahalaşacaq? RƏSMİ AÇIQLAMA

Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşıb. Bu xəbərin ardınca digər yanacaq növlərinin artacağına dair təşviş yaranıb.
Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, əhalinin böyük bir hissəsinin istifadə etdiyi Aİ - 92 markalı benzin və dizel yanacağının qiymətinin artması hal - hazırda gündəmdə deyil. Bunu Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. Nazirlik rəsmisi 92 markalı benzinin və dizel yanacağının qiymətinin artması haqqında məlumatları təkzib edərək bildirir ki, dizel və 92 markalı benzinin qiymətində heç bir dəyişiklik yoxdur.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Premium benzinin qiymətinin qalxmasının SOCAR-a aidiyyatının olmadığını deyib. "Bu benzin idxal olunduğu üçün qurum buna cavabdeh deyil. 95 markalı benzinin qiyməti bazar tərəfindən tənzimlənir və biz yalnız ölkədə istehsal olunan benzinə cavadehik" deyə qurum rəsmisi bildirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












