95 yaşlı müharibə veteranı: "Avtomobilimi rahat şəkildə idarə edirəm" - VİDEO - FOTO

Tarixdə bəşəriyyətin üzləşdiyi ən ağır və çətin dönəmlərdən biri XX əsrdə İkinci Dünya müharibəsi dövründə olub. 1941-ci ilin iyununda faşist Almaniyasının Sovet İttifaqına qarşı hücuma keçməsi SSRİ-də birləşən xalqların, o cümlədən Azərbaycan xalqının da müharibəyə qatılması zərurətini yaratdı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci Dünya müharibəsinin gedişində yeni bir mərhələ başlandı. Azərbaycan xalqı bu müharibədə şücaət və əzmkarlıq nümayiş etdirərək yaşadıqları torpaqların müdafiəsində qəhrəmanlıqla vuruşublar. 1941-1945-ci illər ərzində müharibəyə Azərbaycandan 650 min nəfərə yaxın şəxs qatılıb. Bu müharibəyə qoşulanlardan biri də Cəlilabad rayonunun Qarazəncir kənd sakini Heydar Əliyev olub.
Report-un əməkdaşı İkinci Dünya müharibəsi veteranı, 95 yaşlı Heydar Əliyevin evində olub və onunla söhbətləşib.
Qəhrəmanımız müsahibəsində o günlərin ağrılarından və çətinliklərindən söz açıb.
Döyüş yolunun 1943-cü ilin fevralından başladığını bildirən müharibə veteranı deyib ki, Ukrayna cəhbəsi döyüşlərində iştirak edib.
Onun sözlərinə görə, bu döyüşlərdə ayaqlarını don vurduğu üçün beş ay xəstəxanada müalicə almağa məcbur olub və ayağının yeddi barmağı amputasiya edilib.
Həmsöhbətimiz vurğulayıb ki, şiddətli döyüşlərin birində bütün silahdaşları həlak olsa da, o, dörd əsgər yoldaşı ilə birlikdə sağ qalmağı bacarıb. Amma bununla belə, onun öldüyü güman edildiyindən ailəsinə qara kağız göndərilib.
Lakin H.Əliyev 1944-ci ilin may ayında 19 yaşında Vətənə geri dönüb və cəmi bir il sonra ailə həyatı qurub. Özündən üç yaş kiçik həyat yoldaşı ilə birlikdə yaşayan Heydar kişi özünü çox xoşbəxt hiss etdiyini bildirir. Onların evlilikləri artıq 75 ildir davam edir.
100 illik yubileyini səbirsizliklə gözləyən döyüşçü həm də peşəkar avtomobil sürücüsüdür. Onun ayaq barmaqlarının yeddisi olmasa da, avtomobilini rahat şəkildə idarə edir. Veteran özünü Azərbaycanın ən yaşlı peşəkar sürücüsü hesab edir.
Qeyd edək ki, Əliyev Heydər Məmmədəli oğlu 1925-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Hazırda rayonun Qarazəncir kəndində yaşayır. Veteranımızın 7 oğlu, 1 qızı, 51 nəvəsi, 35 nəticəsi və 7 kötücəsi var.

Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










