ABŞ aviaşirkəti 250 reysini təxirə salacaq

ABŞ-ın “Delta AirLines” aviaşirkəti çərşənbə axşamı 250-yə yaxın reysi təxirə salacaq. Avtosfer.az ria novosti-yə istinadən məlumatına görə, reyslərin təxirə salınmasına səbəb aviadaşıyıcının kompüter sistemində yaranan nasazlığın aradan qaldırılması ilə bağlı işlərin hələ də davam etməsidir.
“Delta” şirkəti sistemdəki nasazlığı aradan qaldırana kimi, 250-yə yaxın reys təxirə salınr”, - deyə aviaşirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, “Delta AirLines” bazar ertəsi bütün dünya üzrə 1000-ə yaxın reysi təxirə salmaq məcburiyyətində qalıb. Bu gün isə şirkətdən bildirilib ki, reysləri 3 saatdan artıq uzadılan və ya təxirə salınan bütün sərnişinlərə 200 dollar məbləğində qəbz veriləcək. Bu qəbzləri “Delta AirLines”in xidmətlərindən istifadə zamanı istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, bazar ertəsi ABŞ aviadaşıyıcısının kompüter sistemində nasazlığın yaranmasına Atlanta ştatında elektrik enerjisinin kəsilməsi səbəb olub. Aviaşirkətin müştərilərinə hava limanına getməzdən əvvəl öz reyslərinin statusunu yoxlamaq məsləhət görülüb. Həmçinin qeyd edilib ki, hadisə zamanı havada olan “Delta AirLines” təyyarələrində vəziyyət normal olub.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












