ABŞ Avropa ölkələrindən reyslərdə noutbuka qadağa qoymamağı qərara alıb

ABŞ və Aİ Avropadan Birləşmiş Ştatlara uçuşlar zamanı əl baqajında planşet və noutbukların daşınmasına qadağa qoyulması ideyasından imtina ediblər. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ və Aİ ekspertləri və hökumət nümayəndələri arasında Brüsseldə dörd saat davam edən görüş zamanı qəbul edilib. Görüşün sonunda verilən bəyanatda uçuşların təhlükəsizliyini təmin etmək üçün digər tədbirlərin nəzərdən keçirildiyi göstərilib. Qeyd edək ki, ABŞ rəsmiləri daha əvvəl Avropa ölkələrindən edilən uçuşlarda əl baqajında planşet və kompüterlərin daşınmasına qadağa qoyulmasının mümkünlüyü barədə bildirmişdi. Mart ayının sonlarında Vaşinqton əhalisinin çox hissəsi müsəlman olan ölkələrdən edilən uçuşlara belə qadağa tətbiq edib. ABŞ-ın məhdudiyyətləri 8 ölkədən - Türkiyə, Mərakeş, İordaniya, Misir, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdən edilən uçuşlara şamil edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












