ABŞ-dan Fəthullah Gülənlə bağlı AÇIQLAMA

Fəthullah Gülənin Türkiyəyə verilməsinə dair ABŞ xarici işlər naziri Con Kerridən açıqlama gəlib. Avtosfer.az Türkiyə mətbuatına istinadən məlumatına görə, Kerri Lüksemburqa səfəri zamanı media nümayəndələrinə bildirib ki, Gülənin Türkiyəyə verilməsinə dair hər hansı bir rəsmi tələb almayıblar.
O, eyni zamanda bildirib ki, qiyamla bağlı aparılan araşdırmalarda Türkiyəyə kömək etməyə hazırdırlar: “Gülən haqqında veriləcək sualların olduğunu təxmin edirik. Düzü həmişə elədiyimiz kimi yenə də Türkiyə hökumətinə bildiririk ki, bununla bağlı dəlilləri bizə təqdim etsinlər".
Onu da qeyd edək ki, bu gün Çanakkalədə keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, radikal islamçı təbliğçi, Türkiyədəki hərbi çevrilişdə ittiham edilən Fətullah Güləni gizlədən bir ölkə (ABŞ) Ankaranın dostu ola bilməz. Onn sözlərinə görə, Türkiyə hökuməti əmindir ki, çevrilişi məhz prezident Rəcəb Tayyib Ərdoğana müxalif olan “Hizmət” təşkilatının üzvləri təşkil ediblər. Bu təşkilat isə hazırda Amerikanın Pensilvaniya ştatında yaşayan Gülən tərəfindən idarə olunur.
Onu da xatırladaq ki, Türkiyə 2014-cü ilin dekabrında Gülən barəsində rəsmi axtarış elan edib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












