ABŞ-ın İrana mümkün zərbəsi Azərbaycanda narahatlıq yaradır - Prezidentin köməkçisi

ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.
“Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, - o deyib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu narahatlıqlarını Vaşinqtona çatdırmayıb: “Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da bu mövzuda bizimlə heç vaxt əlaqə saxlamayıblar”.
Prezidentin köməkçisinin sözlərinə görə, son günlərdə Azərbaycan rəsmiləri iranlı həmkarları ilə danışıqlar aparıblar.
Hikmət Hacıyev vurğulayıb ki, "İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır, çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır".
Prezidentin köməkçisi əlavə edib ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında "iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir:
"Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda, İsrail və İran arasındakı qarşıdurma və ABŞ-ın həmin qarşıdurmada iştirakı da var".
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











