ABŞ terrorçulara 100 ədəd yük maşınında hərbi yardım göndərdi

ABŞ Suriyadakı YPG kürd terror qruplaşmasının silahlılarına silah, sursat və hərbi texnika ilə yüklənmiş 100 ədəd yük maşını göndərib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İraqdan yola düşən yük maşınları iyulun 30-da Suriyanın Haseka şəhərinə çatıb. Buradan maşın karvanının İŞİD terrorçularının nəzarətində olan Rəqqa şəhəri istiqamətində yola düşməsi planlaşdırılıb. Bəzi yük maşınlarında ABŞ istehsalı olan “Humvee” zirehli döyüş maşınlarının olduğu bildirilir. Qeyd edək ki, mayın əvvəlində ABŞ administrasiyası Suriyada İŞİD-lə mübarizə aparan kürd silahlı qruplaşmalarının silahlandırılmasına razılıq verib. Xatırladaq ki, YPG dəstələrinin də daxil olduğu “Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiya 2016-cı ilin noyabrın 6-dan Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi uğrunda əməliyyata başlayıb. İyunun sonunda Pentaqon rəhbəri Ceyms Mettis Türkiyə tərəfinə YPG dəstələrinin silahlandırılmasına dair rəsmi Ankaranı mütəmadi məlumatlandıracağını və İŞİD-in məğlubiyyətindən sonra YPG-yə verilən silahların geri alınacağını vəd edib. “Anadolu”nun məlumatına görə, ABŞ indiyədək YPG terrorçularına silah-sursatla yüklənmiş 909 yük maşını göndərib. Hərbi yardım çərçivəsində YPG silahlılarına 12 min “Kalaşnikov” avtomatı, 6 min pulemyot, 3 min ədəd “RPQ-7” və min ədəd “AT-4” tank əleyhinə qumbaraatanları tədarük edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












