ABŞ təyyarəsi gizlicə İrana uçdu - ŞOK İDDİA

Gündəm 4 Avqust 2024 17:16 Oxunub 170
ABŞ təyyarəsi gizlicə İrana uçdu - ŞOK İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya qalxaraq cümə axşamı İrana gedib. Konkret.az xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, nümayəndə heyəti İranda kəşfiyyat və xarici işlər rəsmiləri ilə görüşlər keçirib.

Görüşdə ABŞ-da Haniyənin öldürülməsindən xəbərsiz olduqları, Netanyahunun nəzarətdən çıxdığını və regional müharibə istədiyi bildirib.

Eyni zamanda, Baydenin İranla döyüşmək istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə edəcəyi diqqətə çatdırılıb.

Qəzet ABŞ-ın Tehrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.

ABŞ rəsmiləri görüşdə Tehranla dərhal nüvə sazişinin bağlanmasını və bunun Netanyahuya ən böyük zərbə olacağını təklif ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh