ABŞ və Kanada arasında "təyyarə" gərginliyi

ABŞ Ticarət Nazirliyinin Kanadanın “Bombardier” şirkətinin “C-Class” təyyarələrinə əlavə idxal vergisi qoymasından sonra yaranan gərginlik artmaqdadır. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyi sentyabrın 26-da 220% olaraq müəyyənləşdirdiyi vergini ötən cümə günü “Boeing”in son şikayətinə görə 300 faizə qədər qaldırıb. Amerika nəhəngi “Boeing” “Bombardier”in qeyri-qanuni subsidiyalar aldığını və “C-Class” təyyarələrini əsassız aşağı qiymətlərlə satdığını iddia edir. Baş verənlər barədə açıqlama verən Kanadanın Xarici İşlər naziri Krısya Freeland hər iki ölkənin Şimali Amerika aviasiya sənayesinin qlobal rəqabət gücünü artırdığını bildirib. Nazir ABŞ-ın son qərarına görə təəssüfləndiklərini deyib. O, həmçinin qeyd edib ki, bu qərar təxminən 23 min amrekialının da işini riskə atır. Xatırladaq ki, “Bombardier” ötən ilin aprel ayında “Delta Airlines”-a 125 ədəd “C-Class” təyyarə satışı elan etdikdən bir neçə ay sonra “Boeing” şirkəti ABŞ səlahiyyətlilərinə şikayəti etmişdi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












