ABŞ yeni “F-35A” tipli qırıcıları Avropaya göndərir

ABŞ yeni “F-35A Lightning II” tipli qırıcı-bombardmançı təyyarələrini Avropaya göndərəcək. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir. “ABŞ Hərbi-Hava Qüvvələri Avropada keçiriləcək təlimlərə məhdud sayda “F-35A Lightning II” təyyarələri göndərəcək. Təyyarələr ABŞ və NATO-nun digər təyyarələri ilə bir neçə həftə təlimlərdə iştirak edəcək”, - deyə məlumatda bildirilir. Təyyarələr göndərilməsi avropalı müttəfiqlərə zəmanət proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram “Rusiyanın təcavüzkarlığı” ilə mübarizə aparmaq təşəbbüsü ilə çıxış etmiş Barak Obama administrasiyası tərəfindən irəli sürülüb. “F-35” təyyarələri 2020-ci illərin əvvəllərindən etibarən Avropada daimi əsasda yerləşdiriləcəklər. Vaşinqton bir neçə ildən sonra İŞİD-lə mübarizə çərçivəsində Yaxın Şərqdə də “F-35” təyyarələrini yerləşdirmək niyyətindədir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












